Azərbaycanlı uşaqlar Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara bəyanat ünvanlandı

Azərbaycanlı uşaqlar Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara bəyanat ünvanlandı

Azərbaycan uşaqları adından Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: \"1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri tərəfindən təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən qanlı və dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Mühasirədə olan şəhərin mülki əhalisi - körpə uşaqlar, qadınlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən adları bəlli olan 613 nəfərin, o cümlədən, 106 qadının, 83 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub, 150 nəfər itkin düşüb, 1275 dinc sakin əsir alınıb. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq hər iki valideynini itirib, 487 nəfər yaralanıb. Yaralananların 76 nəfərini məhz uşaqlar təşkil edib. Törədilən bu vəhşiliklər, uşaqlarm, qadınların, qocaların kütləvi surətdə məhv edilməsi heç bir hüquqi və insani çərçivəyə sığmır.

Xocalı qətliyamını törədən erməni qəsbkarların hərəkətləri beynəlxalq hüquqi aktları -Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, \"Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair\" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının \"Ümumdünya İnsan Haqları Bəyannaməsini, \"Vətəndaş və siyasi hüquqlar haqqında\" Beynəlxalq Paktı, \"Genosid cinayətinin qarşısınm alınması və cəzalandırılması haqqında\" Konvensiyanı, \"Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi\" Bəyannaməsini kobud surətdə pozur. Beynəlxalq hüquqi sənədlər onu ratifikasiya etmiş ölkə qarşısında müvafiq öhdəliklər qoyur.

Təəssüflər olsun ki, insan hüquqlannm kütləvi və kobud şəkildə pozulması ilə nəticələnin, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımma beynəlxalq miqyasda hələ də yetərli hüquqi qiymət verilməyib. Törədilmiş faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, erməni vandalizminə ayrı-ayrı ölkələrin qanunverici orqanlan tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.

Azərbaycan xalqı artıq uzun illərdir ki, erməni qəsbkarlarının soyqırımı siyasətinə məruz qalır. Təkcə, XX əsrin birinci yarısında Cənubi Qafqazda baş vermiş iki kütləvi qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən öldürülüb. 1918-ci ilin 30 mart və 2 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Quba və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən qırğınlar nəticəsində 12 minə yaxın dinc əhali qətlə yetirilib. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə isə 175 nəfər uşaq öldürülüb, 270 nəfər uşaq sağlamlığını itirib, 92 nəfər uşaq əsir düşüb, 3393 nəfər uşaq valideynlərindən birini, 120 nəfər uşaq isə hər iki valideynini itirib. 12 may 1994-cü ildə münaqişə tərəfləri olar Ermənistan və Azərbaycan arasında "Atəşkəs haqqında Saziş"in bağlanması və qüvvəyə minməsinə baxmayaraq, qarşı tərəf hələ də öz çirkin niyyətlərindən əl çəkmir. Belə ki, 8 mart 2011-ci il tarixində doqquz yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilməsi, 2011-ci il iyul ayının 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində uşaq oyuncağına quraşdırılan partlayıcı qurğunun işə düşməsi ilə 1998-ci il təvəllüdlü Aygün Şahmalıyevanın faciəli ölümü erməni vəhşiliyini bir daha sübuta yetirmiş olub.

Biz Azərbaycan uşaqlan inanırıq ki, Ermənistan silahlı qüvvələrinin qanlı əməllərinə, erməni vandalizminə, o cümlədən mülki əhalini qəddarcasına və qeyri-insani şəkildə məhv etmə siyasəti həyata keçirən işğalçı Ermənistanın bu hərəkətlərinə beynəlxalq ictimaiyyət və nüfuzlu beynəlxalq təşkilatla tərəfindən obyektiv hüquqi qiymət veriləcək, törədilmiş faciənin dünya dövlətləri tərəfindən soyqırımı kim tanınması istiqamətində əsaslı tədbirlər görüləcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə