Azərbaycanlı uşaqlar tərəfindən Xocalı faciəsi ilə bağlı 397 560 imza toplandı
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdən öncə iştirakçılar Xocalı qurbanlarının xatirəsinə ucaldılan "Bir gecənin faciəsi" abidəsini ziyarət ediblər.
Dövlət Himni ilə başlayana tədbirin davamında çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, ötən ilin noyabrında Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılan Əlaqələndirmə Şurası tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması qərara alınıb. Onun sözlərinə görə, şuranın üzvləri komitəyə Xocalı ilə bağlı aksiya təşkil etmək istəmələri ilə bağlı müraciət ediblər.
"Aksiyaya bütün respublika üzrə uşaqlar qoşulub və bu vaxta kimi 397 560 imza toplanıb. Tədbirdə toplanan bu imzalar 30-a yaxın beynəlxalq təşkilatlara göndəriləcək. Bizim borcumuzdur ki, bu məsələlərdə uşaqlara dəstək olaq. Çünki bu faciəni yaşayan bir xalq olaraq üzərimizə böyük məsuliyyət düşür ki, tarix unudulmasın və hadisələr bir daha təkrar edilməsin. Belə tədbirləri təşkil etməklə faciəni dünyaya çatdırmalıyıq. Çox qürur hissi keçiririk ki, azərbaycanlı uşaqlar ölkəmzi layiqincə təmsil etməyə hazırdırlar".
Təbirin davamında çıxış edən qonaqlar tarixi faciə ilə bağlı öz fikirlərini və xatirələrini bölüşüblər. Sonda Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılan Əlaqələndirmə Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanalanan bəyanat oxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB