Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Xocalı Soyqırımı” adlı beynəlxalq konfrans keçirilir-YENİLƏNİB
İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu (BİQ) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "İnsanlıq əleyhinə cinayətlər: Xocalı Soyqırımı" adlı beynəlxalq konfrans işə başlayıb. SİA-nın xəbərinə görə, konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının vitse-prezidenti Vəli Əlibəyov, insan hüquqlarına dair beynəlxalq standartların tətbiqi üzrə birgə işçi qrupunun həmsədri Şahin Camalov, Bolqarıstan prezidenti yanında Əfv Şurasının üzvü Daniel Stoyanov, Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, BİQ-in xarici üzvləri, avropalı ekspertlər və QHT-lərin təmsilçiləri iştirak edirlər.
Tədbirdə çıxış edən konfransın sədri, AVCİYA-nın vitse- prezidenti Vəli Əlibəyov Xocalı hadisələrinə nəzər salıb, faciə haqqında tədbir iştirakçılarına məlumat verib.
İşçi qrupun həmsədri Şahin Camalov isə konfransın keçirilməsi məqsədindən danışaraq, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın və bu faciənin soyqırımı kimi dünya ölkələri tərəfindən tanınmasının başlıca məqsəd olduğunu bildirib.
Konfransda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin Xüsusi İstintaq şöbəsinin rəisi Mehman Poladovun "Xocalı: istintaqın mövqeyi", siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin "Ermənistanıın etnik təmizləmə və soyqırım cinayətlərinin ən qanlı səhifəsi-Xocalı faciəsi", Belçika Konstitutisya Məhkəməsinin hakimi Jan –Pol Murmanın "Xocalı hadisələri: beynəlxalq hüquqa əsasən qiymətləndirmə, proseduralar və həlli yolları" mövzusunda məruzələri dinlənilib.
Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB