Kür üzərindəki 309 metrlik körpüdə təmir işləri aparılır - FOTO

Kür üzərindəki 309 metrlik körpüdə təmir işləri aparılır - FOTO

Sabirabad və Şirvan arasında olan körpüdə son tamamlanma təmir işləri görülür. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul-Bəhrəmtəpə Micrəvan adlanan yolun 8-ci kilometrliyində Kür çayının üzərində yerləşən uzunluğu 309 metr olan körpü istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətdə idi. Bu ilin yanvarın 6-da Türkiyənin podratçı "Kolin" tikinti şirkəti tərəfindən qəzalı vəziyəttə olan beton piltələr dəyişdirilərək yeniləri ilə əvəz olunub. Hazırda körpünün hərəkət zolağında dəmir beton tavalar tam dəyişdirilərək yenisi ilə əvəz olunub. Betonun üzərində izolyasiya işi görülür və bundan sonra asfalt örtük vurulacaq. Körpünün dəmir hissələridə artıq boyanıbdır. Tikinti şirkəti tərəfindən fevral ayının 29-na qədər körpünün istifadəyə veriləcəyini bildirirlər. Onu da qeyd edək ki, körpünün bağlı olması Sabirabadın yaxın kəndləri üçün eyni zamanda Şirvan sakinləri üçün bir sıra çətinliklər yaradıb. Belə ki, kənd təsərrüfatı məhsullarının Şirvan şəhərinə gətirilməsində çətinliyin olması bazarda süni qiymətlərin artmasına səbəb olmuşdu. Eyni zamanda həmin yoldan istifadə edənlər gediş- gəlişdə əziyyət çəkirlər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə