Fransada “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində mitinq keçiriləcək

Fransada “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində mitinq keçiriləcək

Fevralın 25-də Fransanın Strasburq şəhərinin Kleber meydanında "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində mitinq keçiriləcək. SİA-nın xəbərinə görə, mitinq Strasburq "Azərbaycan Evi" və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə baş tutacaq.

Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alıncanın verdiyi məlumata görə, mitinqin keçirilməsi üçün Strasburq şəhər Prefekturasının və polis idarəsinin razılığı alınıb. Saat 14.00-dan 16.00-dək davam edəcək mitinq zamanı Kleber meydanında fransız, ingilis dillərində kitablar və Xocalı soyqırımına həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq, havaya Xocalı şəhidlərinin xatirəsinə 613 şar uçurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə