Azərbaycanlı millət vəkilləri ilə Serj Sarkisyan arasında görüş olub- Video

Azərbaycanlı millət vəkilləri ilə Serj Sarkisyan arasında görüş olub- Video

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan "Evronest" Parlament Assambleyasının sosial komitəsinin İrəvanda keçirilən iclasında iştirak etmək üçün Ermənistana gəlmiş nümayəndə heyətinin üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə əməkdaşlıq, Ermənistan-Avropa Birliyi (AB) əlaqələrinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında istiqamətində Ermənistanın mövqeyi əsas müzakirə predmeti olub.

Görüşdə çıxış edən Azərbaycanın millət vəkili Azay Quliyev ölkədə tam, regional əməkdaşlığın inkişafından danışıb. Qeyd olunub ki, faktiki olaraq hökumət hər il ictimai təşkilatlara dəstək olunması üçün 1 milyon dollar məbləğində maddi yardım ayırır: "Evronest" yığılmış problemlərin həlli üçün yaxşı vasitə ola bilər", - deyə Quliyev bildirib.

Xatırladaq ki, Azərbaycan parlamentinin üzvləri Azay Quliyev, Rövşən Rzayev və Fərəc Quliyev "Evronest" Parlament Assambleyasının sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən Ermənistanda səfərdədir.


Bütün xəbərlər Facebook səhifəmizdə