Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Tərtərdə keçirdiyi geniş təlimlərdə əsas məqsəd fövqəladə hadisələr zamanı hazırlığın yoxlanılması olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təlim fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkil olunması, baş verən hadisə zamanı xilasetmə eyni zamanda digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olub.
Məlumat üçün bildirək ki, təlimlərdə avtobaza binasında güclü yanğın baş verib, çox sayda insan alov içindən çıxarılıb və güclü yanğının qarşısı alınıb.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazinin mühafizəsi, əraziyə giriş çıxışın məhdudlaşdırılması, baş verən yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə baş verən ərazinin lokallaşdırılması, partlayış baş verən obyektdə kimyəvi kəşfiyyatın təşkili və digər tədbirlər yerinə yetirilib.
Qeyd edək ki, bir saata yaxın davam edən kompleks təlimdə rayonun hərbiləşdirilmiş dəstələrinin 32 texnikası və 190 nəfər şəxsi heyəti iştirak edib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB