Tarixin ibrət dərsləri: Xocalı soyqırımı

Tarixin ibrət dərsləri: Xocalı soyqırımı

Azərbaycan Turizm İnstitutunda Xocalı soyqırımının 20 illiyi münasibətilə Açıq dərs keçirilib. SİA-nın xəbərinə görə, ATİ-nin kafedra müdiri, tarix elmləri namizədi İbrahim Əliyev Xocalı soyqırımına həsr olunan tədbirin fərqli formatda təşkilinə aydınlıq gətirib. Açıq dərs 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda törədilən soyqırımı əks etdirən video çarxın təqdimatı ilə başlayıb. Xocalıların o gecə - insanlığa sığışmayan vəhşiliyin qurbanı olduğunu əks etdirən video çarxın təqdimatından sonra hamını düşündürən nədən Xocalı, ermənilərin zamanlara hesablanan strateji maraqları tarixi faktlarla incələnib.

Açıq dərsdə tarix elmləri doktoru Kərim Şükürov video çarxdakı dəhşət doğuran anlara nəzərən soyqırım, genosid anlayışının leksikona necə daxil olduğunu, erməni xislətinin nədən qaynaqlandığını izah edib. Xocalıda törədilən faciənin vətən tarixinə 20 il əvvəl qanla yazıldığını, lakin məkirli siyasətin 20 il əvvəl deyil, təxminən 300 ildir davam etdiyini bildirib. Tarixə qısa ekskurs edən K.Şükürov 1828-ci ildən 1905-ci ilə kimi ermənilərin torpaqlarımızda möhkəmlənmək səbəbindən qan tökmədiyini;- dedi. 1905-ci ildən sonra müxtəlif bölgələrimizdə - 1905, 1907, 1918, 1948-1953, 1963-cü illərdə və XX əsrin sonlarından törədilən qətliamların coğrafiyası və səciyyəvi xüsusiyyətlərinin xarici və ölkə tarixçilərinin araşdırmalarında da yer aldığını bildirib. Xocalı soyqırımını zaman-zaman baş verən qanlı və etnik təmizləmələrin daha dəhşətli yekunu kimi qiymətləndirib. Xocalı bir xalqa, bir millətə deyil, bəşəriyyətə qarşı törədilən qanlı cinayətdir, insanlığa xəyanətdir fikrini xüsusi vurğulayıb. Dünyada 250-ə qədər ölkə var. İstənilən ölkənin tarixini sadəcə nəzərdən keçirsək məlum olar ki, heç bir xalq, heç bir millət siyasi maraqlardan, etnik təmizləmələrdən sığortalanmayıb. O xalqlardan, millətlərdən biri də nə yazq ki bizlərik. Deyirlər tarix ən böyük ibrət dərsidir.

Deməli o, sadəcə olub keçənlər deyil. ATİ-nin profilinə uyğun olaraq "Soyqırım marşrutları" Tələbə klubunun fəaliyyətini məqsədəuyğun bilirik. Nəzərdə tutmuşuq ki, əvvəlcə Bakını, sonra Qubanı, Şamaxını qarış-qarış gəzib, soyqırım törədilən yerləri ziyarət edək. Ermənilərin törətdikləri vəhşilikləri ötən əsrlərin deyil, günün faciəsi kimi yaddaşımıza yazaq. Açıq dərsdə ATİ-nin kafedra müdirləri Bahadur Bilalov, Seyidəli Məmmədli, Ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı və tələbələr Xocalı soyqırımı ilə bağlı tarixdə yazılanlara, eləcə də bu qətlimalara öz münasibətlərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə