Lənkəran Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Lənkəran Dövlət Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş \"Xocalı XX əsrin ən böyük faciəsidir\" mövzusunda konfrans keçirilib.
SİA-nın verdiyi məlumata görə, konfransı giriş sözü ilə universitetin rektoru, fızika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb, günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Asəf İsgəndərov erməni millətçilərinin əsassız iddialarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq bildirdi ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir.
Universitetin müəllimi, tarix elmləri namizədi Fəxrəddin Hüseyn \"Xocalı soyqırımı əsrin faciəsidir\" mövzusunda məruzə edib və Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı cinayət adlandırıb.
Universitetin valideynlər şurasının sədri Sərhad Məmmədov, pedaqogika-psixologiya və fıziki tərbiyə kafedrasının dosenti Afiq Əliyev, tarix elmləri namizədi, dosent Rakif İbadov, Lənkəran Türk Litseyinin direktor müavini, Ömər Faruq, tələbələrdən Aytəkin Məmmədli, Aydan Əzimova və başqaları çıxış edərək hadisələrə münasibətini bildirməklə yanaşı, həm də qeyd etdilər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Həmçinin qeyd edildi ki, universitetin bütün kollektivi \"Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!\" hərəkatına qoşulub, eyni zamanda universitetin veb saytında \"Azərbaycan həqiqətləri\" adlı səhifə açılıb.
Məlumat üçün bildirək ki, universitetdə soyqırım qurbanlarının xatirəsini əks etdirən kitab və rəsm sərgisi təqdim olunub.
Qeyd edək ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB