Yol polisi Bakı şəhərində avtobus sürücülərinə qarşı reydlərə başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bu məqsədlə xüsusi qruplar yaradılıb. SİA-nın məlumata görə, həmin qruplar paytaxtın müxtəlif ərazilərində avtobus dayanacaqlarında reydlər keçirir.
Yol hərəkəti qaydalarını pozan, qəza şəraiti yaradan avtobus sürücülərinə qarşı ciddi intizam tədbirləri tətbiq olunur. Reydin keçirilməsində məqsəd son zamanlar avtobus sürücülərinin yol verdiyi qanun pozuntularının qarşısını almaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB