FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlaxda təlim keçirib
Fövqaladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın İdarəsi Yevlaxda şərti təlim keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhiyyə idarəsi ilə birlikdə keçirilən təlim şəhərin uşaq xəstəxanasında gerçəkləşib. İlkin olaraq səhiyyə işçilərinə standartlara uyğun olmayan və nasaz olan qızdırıcılardan törənə biləcək təhlükəli vəziyyətlər izah olunub. Yanğın hadisələri, dəm qazından zəhərələnmə, eləcə də qaz partlayışlarının əsasən hansı cihazlardan baş verdiyini əyani surətdə tibb işçilərinə göstərilib. İdarənin əməkdaşları baş verəcək yanğın zamanı tibb işçilərinin ilkin davranışlarını, eləcə də yanğına müdaxilə qaydalarını praktiki olaraq göstəriblər. Daha sonra şərti olaraq xəstəxana binasında yanğın törədilib. Xəstəxanadan insanların köçürülməsi təşkil olunub. Şərti hadisədən zərər çəkənlərə yerindəcə tibbi yardım göstərilib.
Qeyd edək ki, mərhələli şəkildə bütün aran rayonlarında davam etdirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB