Hacıkənddə xocalılılar üçün pulsuz tibbi aksiya keçirilib - FOTO

Hacıkənddə xocalılılar üçün pulsuz tibbi aksiya keçirilib - FOTO

Xocalı soyqırımı ərəfəsində faciədən canını qurtaran və Gəncənin Hacıkənd qəsəbəsində yaşayan xocalılar üçün pulsuz tibbi aksiya keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhər İcra Hakimiyyəti və Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən təşkil olunan tədbirdə təxminən 30-dan artıq mütəxəssis iştirak edib. Bütün ixtisaslar üzrə tibb işçilərinin qatıldığı aksiyada əsas məqsəd əhalinin sağlamlığının qorunması və onların tibbi müayinələrinin təşkil edilməsidir.

Xocalılar keçirilən tədbirdən razı qalıb. Səhər saatlarından etibarən artıq Xocalı rayonundan olan məcburi köçkünlərin müayinəsinə start verilib.

Qeyd edək ki, günün sonuna kimi təxminən 400-dən artıq vətəndaş müayinə edilib. Həmçinin əhalinin mənzillərində dezinfeksiya işləri aparılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə