Tərtər rayon İcra Hakimiyyətində hesabat xarakterli müşavirə keçirilib
Tərtər rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına dair hesabat xarakterli müşavirə keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, müşavirədə parlamentə Tərtərdən millət vəkili seçilmiş Sahib Əliyev də iştirak edib. Tərtər rayon icra başçısı Ceyhun Cəfərov ictimaiyyət qarşısında çıxış edərək bildirib ki, ötən il əhalinin sosial rifahının yaxılaşdırılması üçün bir neçə böyük layihə həyata keçirilib. Yeni yollar çəkilib, yeni avtovağzal fəaliyyətə başlayıb dörd yaşayış məntəqəsi qazla təmin olunub, cəbhə kəndlərinin yenidən bərpasına start verilib, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan bina sakinlərin istifadəsinə verilib və yol prospektlər yenidən qurulub. Çıxışlarda o da bildirilmişdi ki, ötən il Tərtər rayonunda xüsusilə də Tərtər çay sahili boyunca 5 milyon 201 kvadrat metr ərazi partlamamış hərbi silahlar və minalardan təmizlənib. Bunun müqabilində kəndlilər həmin ərazidə kənd təsərrüfatı məhsulları becəriblər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB