Sabirabad RİH: “Daşqından ziyan çəkən bir qrup sakinin təqib olunması yalan və uydurmadır” – MÖVQE
Ötən il respublikamızın caylarında suyun miqdarının normadan yüksək olması bir sıra fəsadlara yol açmışdı. Təbii hadisə zamanı Kür çayının ətrafında yerləşən kənd və qəsəbələrə ciddi ziyan dəymişdi. Dövlətin aidiyyəti qurumları fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bütün imkanlarını ortaya qoydular. Azərbaycan prezidenti İlham Əliyev daşqın zonasına gedərək sakinlərlə görüşüb onların problemlərinin qısa müddət ərzində aradan qaldırılacağını bildirdi. Bütün bunlar ondan xəbər verir ki, dövlətimizin başçısı hər bir vətəndaşın problemini yaxından izləyir və onun aradan qaldırılması üçün ciddi işlər həyata keçirir.
Amma görülən bütün bu kimi işləri bəzi qüvvələr başqa cür yozmağa can atır, hakimiyyət-xalq qarşıdurması yaratmağa çalışırlar. Onların məqsədi vətəndaşların düşdüyü müvəqqəti çətinlikdən istifadə edərək ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətə qarşı etimadsızlıq xəstəliyini yaymaq və bindan öz məqsədləri üçün istifadə etmək.
Məlum məsələdir ki, əgər problem varsa onu həll etmək lazımdır. Sabirabad Rayon İcra Hakimiyyəti də daşqınlarla bağlı yaranmış problemləri həll etmək üçün Fövqəladə Hallar Nazirliyi ilə birlikdə lazım olan bütün tədbirləri görür. Ayın sonunda isə fəlakətdən ziyan çəkmiş rayon sakinləri ilə görüşün keçirilməsi də gözlənilir. Amma bəzi qəzetlər bu görüşün mahiyyətini dəyişməyə can atır, bunun sıradan bir görüş olduğunu, əhəmiyyət kəsb etmədiyini deməyə çalışırlar.
Səs informasiya Agentliyi (SİA) məsələ ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətindən münasibət öyrənib. Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonunda təbii fəlakətdən ziyan çəkən bir qrup sakinin təqib olunması ilə bağlı yalan və uydurma məlumatlar yayılıb. Sabirabad Rayon İcra Hakimiyəti araşdırma apararaq bildirir ki, daşqından ziyan çəkən insanlara qarşı heç bir zorakılıq hallarına yol verilməyib, heç kim təqib olunmayıb, yazılanlar uydurmadır və ayrı-ayrı şəxslərin subyektiv maraqlarına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB