Azərbaycan Texniki Universitetində XX əsrin faciəsi, Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbir başlanmazdan əvvəl universitetin professor-müəllim heyəti təhsil ocağının həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına əkil və çiçəklər qoyublar. Tədbir başlamazdan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimi universitetin rektoru, professor Havar Məmmədov açıb.
Rektor çıxışında həmin dövrdə Azərbaycan rəhbərliyinin Xocalıya olan laqeydliyindən, köməksiz qalan xocalıların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən, Xocalı uğrunda döyüşən mərd oğulların qəhrəmanlığından danışıb və bu faciəyə siyasi qiyməti yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. Ali təhsil ocağının rəhbəri tələbələri bir daha ayıq-sayıq olmağa, bütün bunları unutmamağa çağırıb.
"Tarix" kafedrasının müdiri, dosent Şikar Qasımov çıxış edərək, Ermənistanın əsir və girov götürdüyü Xocalı sakinlərinə dəhşətli işgəncələr verdiyini, bunun nəticəsində çoxsaylı insanın öldürülməsi, Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərini tamamilə darmadağın etməsi barədə tədbir iştirakçılarına məlumat verib.
Xocalı sakini Səriyyə Cəfərova tədbirdə iştirak edərək, gözləri qarşısında Xocalıda törədilən ağır cinayətləri ürək ağrısı ilə bir daha xatırladıb.
Tələbələr adından çıxış edən Nəzirə Şamxalova, Xocalı faciəsinin bugünkü gənclərə də böyük təsirini, onlarda düşmənə qarşı nifrət hissinin daha da gücləndiyini qeyd edib və Vətəni qorumağa həmişə hazır olduqlarını bildirib.
Tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya təqdim olunub.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB