Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda anma mərasimi keçirib. SİA-nın məlumatına görə, anma mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış beyin mərkəzlərinin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, Xocalı soyqırımı və faciənin qurbanları barədə məlumat verib. Səfir Xocalıda etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaq, qadın və yaşlıların vəhşicəsinə qətlə yetirilməsinin azərbaycan xalqı üçün ağır bir faciə olduğunu deyib.
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman isə bu faciənin qurbanlarının yad edilməsinin vacibliyini və faciənin qurbanlarına dair əşyaların toplanmasının zəruri olduğunu bildirib. K. Altman qeyd edib ki, Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyi kimi Xocalı faciəsinin qurbanları ilə bağlı əşyalar toplanaraq gələcək nəsillərin ötürülməlidir.
Tədbirdə ABŞ-da işçi səfərdə olan Milli Məclisinin üzvləri Asim Mollazadə, Sevinc Fətəliyeva çıxış ediblər.
Mərasimdə iştirakçılar soyqırımını əks etdirən fotosərgi ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB