Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aİ ilə birgə beynəlxalq konfrans keçirib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Avropa Qonşuluq Siyasəti və Azərbaycan sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə nazir müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, müvafiq dövlət qurumları və bir sıra beynəlxalq dərəcəli ekspertlər iştirak edib.
Tədbirdə çıxış edən Natiq Məmmədov bildirib ki, bu gün ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, islahatların həyata keçirilməsi üçün bu gün kifayət qədər hüquqi normativ baza formalaşıb. O bildirib ki, bu və ya digər işlərin həyata keçirilməsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Nazir müavininin sözlərinə görə, ölkədə sosial-iqtisadi həyatın bütün sahələrində həyata keçirilən islahatlarda səmərəli nəticələrə nail olmaq üçün Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində Tvinninq kimi layihələrə üstünlük verilir: "Bugünki konfransda da nazirliyin Avropa Qonşuluq Siyasətləri proqramlarında iştirakı, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması vasitəsilə sosial müdafiə siyasətinin təsirliliyinin və səmərəliliyin artırılması üzrə Tvinninq layihəsinin nəticələri müzakirə olunub".
Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia isə Azərbaycanın bu gün həm iqtisadi, həm də sosial sahədə uğurlara imza atdığını deyib. O bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da şəhərlə əyalət arasında insanların yaşam tərzində fərqlər var: "Amma buna baxmayaraq, prezident İlham Əliyevin sərəncamı ilə regionların iqtisadi inkişafına dair proqram təsdiqlənib və bu proqrama uyğun olaraq işlər aparılır. Ölkədə yoxsulluğun səviyyəsinin azaldılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən böyük işlər görülüb. Görülən işlər sayəsində bir neçə il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 10%-ə, hətta ondan da aşağı həddə düşüb. Bütün bu görülən işlər isə ölkə əhalisinin qeyri-bərabərliyinin azaldılmasına xidmət edir".
Tədbirin davamında çıxış edən qonaqlar əldə olunan təcrübənin gələcək layihələrində uğurlu nəticələr verməsi üçün əsas olduğunu deyiblər. Bu və ya digər sahələrdə Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq müsbət qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB