Bu gün Atatürk mərkəzində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib: "1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım oldu. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb, az bir vaxt ərzində şəhərdə yanğın baş verib və şəhər tamamilə alova bürünüb". Qeyd olunub ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. Azərbaycan PA İctimai-siyasi məsələlər üzrə şöbəsinin əməkdaşı Rasim Mirzəyev isə çıxış edərək Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində dövlət, diaspora tərəfindən görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu həm türklərə, həm də 50 milyonluq azərbaycanlılara qarşı törədilmiş əsl soyqırım idi. Qeyd olunub ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya Ədalət" kompaniyası bu kimi tədbirlərin keçirilməsi üçün bir başlanğıc olub. Sonda digər çıxış edənlər də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar öz fikirlərini səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB