Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı 3 yeni layihə hazırlanıb
\"Azərbaycanda həyata keçriilən TVİNNİQ layihəsi 2010-cu ildən başlayıb və bugünə kimi uğurla həyata keçirilib\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. O bildirib ki, bu layihə çərçivəsində nazirliyin əməkdaşları Avropanın qabaqcıl ölkələrində təcrübə keçiblər. Nazir müavinin sözlərinə görə, 2011-ci ilin sonunda xarici ölkələrdə təcrübə keçən həmin mütəxəssislər nazirliyin işçiləri ilə birgə 3 layihə hazırlayıb.
"Bunlardan biri əlillərlə, digəri sosial xidmət və ya xüsusi qayğıya ehtiyacı olan insanlarla, digəri isə iş yerinin mühiti və onun qiymıətləndirilməsi üzrə Dövlət Əmək Müfəttişliyinin xidmət laboratoriyasının potensialının artırılması ilə bağlıdır. Bu layihələr Avropa İttifaqı və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilib. Yeni layihələrlə bağlı müzakirələr isə yaxın zamanlarda aparılacaq. Hesab edirəm ki, TVİNNİQ layihəsi bundan sonra da davam etdiriləcək", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB