Biləsuvarda “Xocalı – qan yaddaşımızdır” adlı tədbir keçirib

Biləsuvarda “Xocalı – qan yaddaşımızdır” adlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatında "Xocalı-qan yaddaşımızdır" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla yad olunub. YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev məruzə ilə çıxış edərək Xocalı soyqrımı bəşəriyyət tarixində ən böyük facilərdən biri olduğunu qeyd edib. Bu faciənin hər bir azərbaycanlının qəlbində dərin izlər buraxdığını qeyd edərək dünya ictimayyətinə və gələcək nəsillərə çatdırılmasında hər bir YAP üzvünün üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib.

Daha sonra YAP Biləsuvar rayon təşkilatı Gənclər birliyinin sədri K.Qurbanlı bu qanlı tarixin dünyada baş vermiş ən böyük faciə olduğunu qeyd edib. YAP fəalı İ.Seyfullayev, X.Abıyeva və başqaları çıxış edərək Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu qeyd ediblər.

Çıxış edənlər əminliklə qeyd ediblər ki, tez bir zaman dairəsində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün torpaqlarımız erməni faşistlərindən təmizlənəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə