Aİ-nin genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək

Aİ-nin genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək
"Bu il də Avropa İttifaqı nümayəndələrinin Azərbaycana səfəri intensiv şəkildə davam edəcək. Bir neçə həftədən sonra Avropa İttifaqının genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Azərbaycana səfərə gələcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib. O bildirib ki, Ştefan Fülenin səfəri "Euronest" Parlament Assambleyasının Bakıda keçiriləcək ikinci plenar sessiyası çərçivəsində baş tutacaq. R.Kobianın sözlərinə görə, Ştefan Fülenin Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur və bu görüşlərdə ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə