“Yeni Azərbaycan” qəzetində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müzakirə olunub
Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamına dair dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirin mahiyyəti sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək strategiyanın həyata keçirilməsində ictimai müzakirələr baxımından yanaşmanın zəruriliyinin müzakirəsi olub. Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müzakirəyə çıxarılmış mövzunun böyük əhəmiyyət kəsb etməsindən, dövlət başçımızın ölkənin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması üçün müvafiq dövlət orqanları qarşısında qoyulmuş vəzifələrdən danışıb.
Millət vəkili Vahid Əhmədov "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Sərəncamın bütövlükdə Azərbaycanın inkişafının yeni mərhələsi ilə səciyyələndiyini deyib. O bildirib ki, yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarının nəzərə alınması ilə bağlıdır.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının vacibliyini vurğulayan millət vəkili Musa Quliyev isə bildirib ki, konsepsiyaya əsasən ölkənin bir çox sahələrində yeniliklərə imza atılacaq və mühüm işlər görüləcək. Təbii ki, sosial sahədə görüləcək işlər vətəndaşların maddi vəziyyətinin yaxşılaşması, onların həyat şəraitinin yüksəldilməsinə xidmət edəcək.
\"Konsepsiyanın yaradılması ölkənin inkişafının əsas istiqamətlərini müəyyən etməyə imkan verəcəkdir!. Bu sözləri isə dəyirmi masada çıxışı zamanı millət vəkili Fəzail Ağamalı deyib. O, qeyd edib ki, bununla yanaşı, Konsepsiya hazırlanarkən dayanıqlı iqtisadiyyatın təmin edilməsi diqqət mərkəzində olmalı, intellektual baza formalaşdırılmalı, informasiya texnologiyalarından istifadə edilməlidir
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Sərəncamın bütövlükdə Azərbaycanın inkişafının yeni mərhələsi ilə səciyyələndiyini deyən millət vəkili Sahibə Qafarova bildirib ki, yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarının nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün isə ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır.
Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqəti mətbuatın hazırki vəziyyətinə yönəldib. Beynəlxalq təşkilatların qərəzli hesabatlarının qətiyyən reallığı əks etdirmədiyini deyən media kapitanı bildirib ki, Azərbaycanda, kimliyindən asılı olmayaraq istənilən vətəndaşın mətbuatda öz sözünü sərbəst demək imkanı var. Ölkədə bu sahədə kifayət qədər uğurlu addımlar atılıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, söz və mətbuat azadlığı sahəsində də kifayət qədər uğurlu işlər görülüb: "1993-cü ildən etibarən - ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, bu sahəyə də xüsusi önəm verilib. 1998-ci ildə senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuat tarixində önəmli hadisə idi. 1999-cu ildə KİV haqqında çox mütərəqqi qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub. 2005-ci ildə Azərbaycan mətbuatının 130 illiyində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması da çox uğurlu hal idi. KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində çox önəmli hadisədir".
Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru və \"Səs\" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev sərəncamdan irəli gələn məqsədlərə nail olmasında insan potensialının formalaşmasının xüsusi əhəmiyyətini qeyd edib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamının vacibliyindən danışan B.Quliyev deyib ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
\"Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır\", - deyə baş redaktor bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB