Hacıqabulda ötən ilin yekunları müzakirə olunub. SİA-nın Aran bürosunun məlumatına görə, hesabat yığıncağında çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirib ki, 2011-ci ildə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində rayonda təmir-tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri daha geniş vüsət alıb. 2011-ci ildə bütün maliyyə mənbələri hesabına rayonda 20 milyon 473,7 min manatlıq əsas fondlar istifadəyə verilib, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 74 milyon 25,9 min manatlıq investisiyalar yönəldilib. İnvestisiyaların 70 milyon 58,5 min manatı və ya 94,6 %-i tikinti quraşdırma işlərinə yönəldilib. Ümumi investisiyaların 89,4 %-i istehsal təyinatlı sahələrə yönəldilib. Ötən il rayon üzrə adambaşına düşən investisiyaların həcmi 1084,0 manat təşkil edib. Təhlil göstərir ki, 2011-ci ildə istifadəyə verilmiş əsas fondlar 2010-cu ilə nisbətən 2,1 dəfə, əsas kapitala investisiyalar isə 56,7 % artıb. 2011-ci ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 180,7 milyon manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 % çoxdur. Məhsul buraxılışının 36,7 %-i kənd təsərrüfatının payına düşür. Ötən illə müqayisədə məhsul buraxılışının həcmi kənd təsərrüfatı sektorunda 38,5 %, sənayedə 29,5 %, tikintidə 57,2 %, rabitədə 16,3 %, nəqliyyatda 4,6 %, ticarətdə 28,9 % artıb.
2011-ci ildə rayon sakinlərinə 14 milyon 501,6 min manatlıq pullu xidmətlər göstərilib. Bu da ötən illə müqayisədə 7,4% çoxdur. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi 212,4 manat olub. Hesabat dövründə əhaliyə 2,4 milyon manatlıq nəqliyyat xidmətləri, 340,8 min manatlıq rabitə xidmətləri göstərilib. Hesabat dövründə rayonda qeydə alınmış sənaye müəssisələrinin 11-i fəaliyyət göstərib. İl ərzində 3 milyon 60,1 min manatlıq sənaye məhsulu istehsal edilmiş, xidmətlər göstərilib. Qeyd etmək lazımdır ki, sənaye sahəsində faktiki qiymətlərlə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 54,6 % artıb. Bu müddətdə sənayedə işləyənlərin sayı 379 nəfər olub. Sahədə çalışanların əmək haqqı fondu 993,7 min manat, hər nəfərə düşən orta aylıq əmək haqqı 218,5 manat təşkil edib. Hesabat dövründə sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 129,6 min manatlıq məhsul istehsal olunub.
2011-ci ildə yerli büdcənin mədaxil hissəsi proqnozunun yerinə yetirilməsi vəziyyəti qənaətbəxş olub. Belə ki, daxilolmalar üzrə proqnoz 3 milyon 82 min manata qarşı 3 milyon 8 yüz 3 min 854 manat və ya 123,4 % icra edilib. Rayon büdcəsinin xərc hissəsi 9 milyon 993 min 726 manat təyinata qarşı 9 milyon 345 min 751 manat, yəni 93,5% icra edilib. Dövlət sektorunda olan təşkilatlar tərəfindən əhaliyə 23 milyon 78,5 min manatlıq, qeyri-dövlət sektorunda olan təşkilatlar tərəfindən isə 11 milyon 623,1 min manatlıq müxtəlif pullu xidmətlər göstərilib. Yığıncaqda çıxışlar dinlənilib. Əlaqədar xidmət təşkilatlarının rəhbərləri gördükləri işlər barəsində hesabat verərək qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, millət vəkili Rafael Hüseynov çıxış edərək Hacıqabulda 2011-ci ildə əldə olunun nailiyyətləri qənaətbəxş qiymətləndirib.
Hacıqabul ictimaiyyəti adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB