Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən “Böyük qayıdış” qrafik filmi

Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən “Böyük qayıdış” qrafik filmi
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Böyük qayıdış" adlı qrafik filmin təqdimatını edəcək.Bunu SİA-ya açıqlamasında Milli Şuranın baş katibi Orxan Ərəbov məlumat verib. Onun sözlərinə görə, ARGTMŞ Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı, ölkəmizdə ilk dəfə olaraq, "Böyük qayıdış" adlı qrafik filmin təqdimatını edəcək. Filmdə bir gəncin gözü ilə Azərbaycanın əzəli torpaqları olan Qarabağın işğaldan azad olunmasından sonra repatriasiya prosesindən bəhs olunur. Burada öz doğma yurd yuvalarına qayıdan insanlar, aparılan quruculuq işləri təsvir olunub. Filmin qəhrəmanı olan gəncin paytaxtdan Qarabağa gedən bütün nəqliyyat vasitələrindən istifadə etməsi ölkəmizin ərazi bütövlüyünün göstəricisi kimi təqdim olunur. Həmçinin bu filmin nəinki ölkə daxilində, Azərbaycandan kənarda da nümayiş etdirilməsi nəzərdə tutulur. Filmdə ölkəmizin tarixi əraziləri haqqında geniş məlumat var ki, bu da öz növbəsində Azərbaycanın haqq səsinin dünyaya bir daha çatdırılmasına hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə