Ombudsman Aparatında Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, müvəkkil bu soyqırımı zamanı soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququnun kütləvi şəkildə, kobudcasına pozulduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" Sərəncam imzaladığını diqqətə çatdırıb. Sərəncamda göstərilir ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir nəticə verməyib.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Müvəkkilin paytaxtda və regionlarda, icmalarda, habelə faciənin şahidləri olan xocalılarla birgə tədbirlər keçirdiyi. silsilə tədbirlərin davam etdiriləcəyi vurğulanıb. Anım mərasimində Ombudsmanın Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilib.
E.Süleymanova vurğulayıb ki, ikili standartlara yol vermədən beynəlxalq təşkilatlar məlum münaqişənin həllinə yönəlmiş səylərini beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq daha da artırmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən bu faciə genosid aktı kimi tanınmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad olunmalı, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB