Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqin fevralın 24-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilməsi planlaşdırılır.Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə