Küveytdə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb

Küveytdə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb

Azərbaycanın Küveyt dövlətindəki səfirliyi və "Vətən Sevər" Azərbayan-Küveyt Dostluq və Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalı uşaqların gözü ilə" adlı rəsm əsərlərindən ibarət sərgi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, Türkiyənin bu ölkədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Türk məktəbində təşkil olunan sərgidə Azərbaycanın və Türkiyənin Küveyt dövlətindəki səfirliklərinin əməkdaşları, yerli ictimaiyyət, eləcə də digər milli icmaların, həmçinin KİV nümayəndələri iştirak ediblər. Sərgini izləməyə gələnlərə erməni təcavüzkarlarının törətdikləri Xocalı soyqırımı barədə bir neçə dildə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə