Sabah Moskvada aksiyalar keçiriləcək

Sabah Moskvada aksiyalar keçiriləcək

Moskvada bir neçə aksiya keçiriləcək. SİA-nın xəbərinə görə, mitinqlərin sabah keçirilməsi planlaşdırılır. Rusiya Liberal-demokrat partiyasının, "Rusiya ümumxalq birliyi"nin və Rusiya Federasiyası Kommunist partiyasının mitinqləri ilə yanaşı, vətəndaş qruplarının təşkil etdikləri aksiyalar da keçiriləcək.

Rusiyanın Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, keçiriləcək aksiyalarda asayişi 10 minə yaxın polis əməkdaşı və Daxili Qoşunların hərbçiləri təmin edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə