İƏT PA Xocalı faciəsinin soyqırım kimi tanınması haqda akt qəbul edib

İƏT PA Xocalı faciəsinin soyqırım kimi tanınması haqda akt qəbul edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyası Xocalı faciəsinin soyqırım kimi tanınması haqda akt qəbul edib. SİA-nın xəbərinə görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun sədri Elşad İsgəndərov bəyan edib.

Onun sözlərinə görə, bir il ərzində bu təşkilatın üzvləri müxtəlif ölkələrin parlamentləri ilə bir sıra danışıqlar aparıb. Elşad İsgəndərov deyib: "İlk növbədə, mən İƏT üzvü olan ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımını tanımalarını gözləyirəm. Çünki Xocalı soyqırımının tanınması haqda aktı bu ilin yanvarında Malayziyada keçirilən konfransda bu təşkilata üzv olan 15 ölkənin parlamentlərinin spikerləri imzalayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə