Gəncədə Ticarət bazarında baş verən yanğın bölgələrdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını hərəkətə gətirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, FHN Qarabağ regional Dövlət Yanğın Nəzarət İdarəsi Bərdənin Ticarət Mərkəzində yanğın təhlükəsizliyi qaydalarınına riayət edilməsi barəsində maarifçilik tədbiri keçirib.
Mağaza sahiblərilə elektrik avadanlıqlarından düzgün istifadə edilməsi və yanğınsöndürmə balonlarından istifadə qaydaları haqqında söhbət aparılıb. Sahibkarların nəzərinə çatdırılıb ki, ticarət Mərkəzində iri su hovuzu tikilib və müxtəlif yerlərə 70 ədəd yanğınsöndürmə balonu qoyulub. Tədbir zamanı yanğınsöndürmə balonundan yanğın zamanı istifadə edilməsi praktiki olaraq nümayiş elətdirilib.
Qeyd edək ki bu cür tədbirlər digər rayonlarda da həyata keçiriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB