Qarabağ müharibəsindən sonra bölgələrdə mavi yanacaq kəsildiyindən istiliyə təlabat odun yanacağına yönəldi. Bərdədə məhv edilmiş yaşıllıqları yenidən bərpa etmək üçün kütləvi şəkildə ağac əkini aparılır.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, son on bir ayda rayonun müxtəlif ərazilərində 920 mindən artıq ağac və gül kolları əkilib.
1992-1993-cü illərdə Qarabağ müharibəsindən sonra Bərdədə təbii qazın verlişi dayandırıldı.Yerli sakinlər istiliyə olan təlabatını ödəmək üçün bağlardakı meyvə ağaclarını doğramalı olur və yaxud da yol kənarında yerləşən yaşıllıq sahələri kəsərək yancaq kimi istifadə edirdilər.
Müharibədən sonra rayonda ekologiya dəymiş ziyanı aradan qaldırmaq üçün rayon icra hakimiyyəti müxtəlif ərazilərdə ağac əkmə kompaniyası həyata keçirir. Yerli sakinlərdə bu təşəbbüsə könüllü şəkildə qoşularaq ən azıdan hərəyə bir ağac əkirlər.
Qeyd edək ki, ağaclara qulluq edilib sulanması aidiyyəti üzrə idarə və müəssisələrə tapşırılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB