“Uşaqlar və müharibə” mövzusunda respublika rəsm sərgisi keçirilib
Xocalı faciəsinin 20-ci ildönümünü məktəblilər fərqli formada qeyd edib. SİA-nın verdiyi xəbərə görə, bu gün Gülüstan sarayında Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Uşaqlar və müharibə" mövzusunda Respublika rəsm sərgisi keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin keçirilməsində əsas məqsəd dünyaya Xocalı faciəsi haqqında ətraflı məlumat vermək və yetişməkdə olan yeni nəsldə vətənə məhəbbət hissini gücləndirməkdən ibarətdir. O, bildirib ki, sərginin respublika mərhələsinə 60-dan çox rayon və şəhər məktəblərindən ümumilikdə 1200-dən çox rəsm təqdim olunub. Tədbirdə ən yaxşı rəsm işi Təhsil Nazirliyinin diplom və hədiyyələrinə layiq görüləcək.
Məlumat üçün bildirək ki, Respublika mərhələsində qalib olan 89 rəsm işi Moskvada Xocalı faciəsinə həsr olunan tədbirdə sərgilənəcək.
Qeyd edək ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşır.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB