YAP Yevlax Rayon Təşkilatı Xocalı faciəsinə həsr olunmuş tədbir keçirib
Bununla əlaqədar YAP Yevlax Rayon Təşkilatında keçirilən tədbirə bütün yaşlardan olan insanlar qatılıb. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Aparat rəhbəri Əli Quliyev açıb.
O, faciə haqqında ətraflı məlumat verərək bildirib ki, Xocalı faciəsi bir xalqa, millətə edilmiş soyqırımı olmaqla, ümumən insanlığa vurulmuş ən böyük zərbədir: \"Təəssüf ki, insan hüquqlarında danışan dünyanın hegemon ölkələrinin əksəriyyətində bu soyqırımı tanınmır. Amma biz inanırıq ki, Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tez bir zamanda bütün dünya yüzlərlə qətliamın səbəbkarı olan qəddar, vəhşi ermənin əsl sifətini tanıyacaqdır\".
Sonra çıxış edən YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova da öz növbəsində bir qadın, bir ana olaraq bu faciənin Azərbaycan tarixində qadınlara, körpələrə qarşı törədilmiş ən qəddar amansız bir cinayət hadisəsi kimi qiymətləndirib və bütün dünya qadınlarını azərbaycanlı qadınlarla, analarla həmrəy olmağa çağırıb.
Tədbirdə çıxış edənlər Raquf Mirzəyev, Elşad Vəliyev və Xocalı sakini Allahverdi Həsənov faciə zamanı həlak olan şəhidlərin xatirəsinin hər zaman əziz tutulmasını xalqın mənəvi zənginliyinin və öz keçmişinə etimadla yanaşmasının nəticəsi kimi qiymətləndiriblər.
Qeyd olunub ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıblar. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olublar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilib.
Sonda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Xocalıya mərhəmət" adlı məktəblilər arasında keçirilən inşa yazı və şeir müsabiqələrinin qaliblərinə söz verilib.
Məktəblilərin vətənpərvərliyi qiymətləndirilib, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB