Tərtərdə dövlət bayrağı ucaldılıb

Tərtərdə dövlət bayrağı ucaldılıb

Abadlıq və quruculuq işlərinin davamı olaraq Tərtər rayonunda bayraq meydanı inşa edilir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhərin girişində ucalan üç rəngli bayrağımız rayonun bütün istiqamətlərindən o cümlədən qonşu rayon Bərdədən də görünür.

1 hektara yaxın ərazini əhatə edən bayraq meydanında yaşıllıq zolaqları salınır və böyük fantanlar tikilir.

Məlumat üçün bildirək ki, hündürlüyü 65 metr olan əzəmətli üç rəngli bayrağın uzunluğu 15 metr eni isə 8 metrdir.


Qeyd edək ki, yaxın günlərdə meydanda tikinti işləri başa çatacaq. Meydan şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün əlverişli məkan olacaq.



Şamxal Cəliloğlu






Bütün xəbərlər Facebook səhifəmizdə