Ötən ay 315,8 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub

Ötən ay 315,8 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub

"Şirvan" İES-də cari ilin yanvar ayında 315,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunub. SİA-nın "Azərenerji" ASC-yə istinadən verdiyi məlumata görə, bu, proqnozlaşdırılandan 746 min kilovatsaat çoxdur. Elektrik enerjisi istehsalının xüsusi sərfi üzrə proqnoz göstərici ilə müqayisədə 365,4 min kilovatsaata yaxın elektrik enerjisinə qənaət edilib.


Qeyd edək ki, ötən il ərzində müəssisədə 2 milyard 738,5 milyon kilovatsaat proqnoza qarşı 2 milyard 749 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Həyata keçirilən tədbirlər nəticəsində elektrik enerji istehsalının xüsusi sərfi azalıb və nəticədə 3,5 milyon kilovatsaata yaxın elektrik enerjisinə qənaət olunub.

Stansiyada əsaslı və cari təmir işləri də reallaşdırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə