YAP-ın sədr müavini: “Ziyalıların görüşü Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə xidmət edəcəksə, bunu alqışlamaq lazımdır”
Xəbər verdiyimiz kimi, bu gün "Rossiyskaya qazeta"nın redaksiyasında Azərbaycan və Ermənistan ziyalılarının növbəti görüşü keçiriləcək. Bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun "Rossiyskaya qazeta"da dərc olunmuş məqaləsində bildirilir.
SİA-nın xəbərinə görə, bu məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan ziyalılarının görüşlərinin keçirilməsi bir məqsədə - Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə xidmət edir: "Əgər bundan sonra da belə davam edəcəksə bunu alqışlamaq lazımdır. Bütövlükdə, münaqişənin ədalətli şəkildə, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasına kömək edəcək bir formada həll olunması düşünüləcəksə, biz onu alqışlayırıq. Təki münaqişənin, Azərbaycanın pozulmuş haqlarının bərpa edilməsinə kömək edəcək bir təşəbbüs olsun. Yox əgər təşəbbüslər, formatlar münaqişənin həllindən daha çox onun yaratdığı vəziyyətin saxlanılmasına kömək edəcəksə, biz onu qəbul edə bilmərik. Azərbaycan üçün münaqişənin həll olunmasının bir forması var ki, o da pozulmuş hüquqlarının bərpa olunması, işğal olunmuş torpaqların azad edilməsi, məcburi köçkünlərin öz yurd-yuvaların qayıtmasıdır"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB