“Xocalı soyqırımının iyirminci ildönümü” mövzusunda elmi konfrans keçiriləcək

“Xocalı soyqırımının iyirminci ildönümü” mövzusunda elmi konfrans keçiriləcək

Fevralın 24-də "Xocalı soyqırımının iyirminci ildönümü" mövzusunda elmi konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda prezident İlham Əliyevin "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" 17 yanvar 2012-ci il tarixli sərəncamına müvafiq olaraq təşkil olunacaq.

Bu gün soyqırım məsələsi dünyada baş verən siyasi hadisələr müstəvisində xüsusi aktuallıq qazanır və bu məsələyə Xocalı qətliamını yaşamış cəmiyyətin münasibəti hadisələrə dünyada müvafiq siyasi qiymətin verilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə