Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərar çıxarılıb. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il martın 15-nə təyin edilmiş iclasında baxılacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə