Azərbaycanda tikinti–quraşdırma işlərinə 211,3 milyon manat xərclənib
Cari ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 459,4 milyon manat vəsait yönəldilib, onun 46 faizi və ya 211,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 4,8 faiz artıb. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 213,5 milyon manat, qeyri-dövlət müəssisələri 245,8 milyon manat vəsait sərf ediblər. Məhsul istehsalı obyektlərinin inşasında 259,4 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 200 milyon manatlıq vəsaitdən istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB