Bu gün ölkə əhalisinin 4,6%-ni əlil şəxslər təşkil edir

Bu gün ölkə əhalisinin 4,6%-ni əlil şəxslər təşkil edir

"Bu gün ölkədə əhalisinin 4,6%-ni əlil şəxslər təşkil edir. Onların da 11 minə yaxını Qarabağ müharibəsi əlilidir". SİA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov deyib. O bildirib ki, hər il xüsusi katoriyadan olan əlillərə mənzil və avtomobil təqdim olunur. Onun sözlərinə görə, ötən il ərzində də 5000 əlilə mənzil, 3000 əlilə isə avtomobil təqdim edilib.

"Ölkə ərazisində əlillərin sosial müdafiəsi sahəsində mövcud olan qanunvericilik bazasının əlillərinə müstəqiliyini təmin etmək, onların cəmiyyətə inteqrasiyası və digər şəxslərlə bərabər yaşamasını təmin etməkdən ibarətdir. Azərbaycan bu sahədə bir sıra beynəlxalq konvensiyalara da qoşulub və bunun nəticəsində müəyyən öhdəlikləri öz üzərinə götürüb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə