“Xocalı soyqırımını anaq” kampaniyası çərçivəsində tədbir keçirilib
QHT Əməkdaşlıq Alyansı və digər Qeyri Hökumət Təşkilatları "Xocalı soyqırımını anaq" kampaniyası çərçivəsində tədbir keçirib.
Tədbirə qatılan QHT bilrikləri fevralın 7-dən sosial şəbəkələrdə "Xocalı soyqırımını tanıdaq" aksiyasına başlayıb. Fevralın 23-nə kimi davam edəcək aksiya "Xocalı faciəsi"ni daha çox xarici vətəndaşlara tanıtmaq məqsədi daşıyır. Bu sahədə rəsmi Bakının da ciddi addımlar atdığı deyilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov "Xocalı faciəsi"ni dünyaya tanıtmaq sahəsində tendensiyanı dəyişmək təklifi verib. Şuranın faciəni daha çox xarici ölkələrin QHT-ləri və media qurumları ilə birbaşa tanıtmağı nəzərdə tutan layihələrə üstünlük verəcəyi qeyd edilib.
Natiqlər bu il Türkiyədə də "Xocalı faciəsi"ni anmaqla bağlı möhtəşəm aksiya keçiriləcəyini xatırladıblar. Tədbirdə fevralın 24-də "Xocalı harayı" abidəsini ziyarətdə mütəşəkkil iştiraka çağırışlar edilib.
Xocalı faciəsi 1992-ci ildə törədilib. Rusiyanın 366-cı moto-atıcı alayının rus-erməni hərbi qüvvələri şəhərə hücum edərək 613 nəfəri qətlə yetiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB