Döyülməkdən dəli olan erməni əsgəri və üzə duran iqtisadiyyat- TƏHLİL

Döyülməkdən dəli olan erməni əsgəri və üzə duran iqtisadiyyat- TƏHLİL

İqtisadiyyat üzə dirənib

Ermənistan hakimiyyətinin qeyri-dürüst siyasəti xarici siyasətdə iflasa uğradığı kimi, daxili siyasətdə də iflas həddindədir. İşğalçı ölkənin iqtisadiyyatında baş verən geriləmə ölkəni məhvə sürükləyir. Ermənistan iqtisadiyyatında baş verənlərə münasibət bildirən ekspertlər qeyd edirlər ki, bu işğalçı ölkə iqtisadiyyatıda olan kölgə iqtisadiyyatından irəli gələn məsələdir. Bununla yanaşı Ermənistan milli valyutası dramın möhkəmləndirməsində çətinlik çəkir. Hazırkı şəraitdə Ermənistanın dram məsələsində xeyli xərcə düşəcəyini qeyd edən ekspertlər hazırda sözügedən ölkənin bunu etmək üçün iqtisadi bazasının olmadığını bildirirlər. Dramın gücünün itirməsi isə infilyasiya ilə yanaşı ölkə iqtisadiyyatının geriləməsinə səbəb olub. Məhsulların bahalaşmasına isə Ermənistanda olan inhisarçılıq səbəb olub. İnhisarçılar yerli məhsulların baha satılmasında maraqlıdır ki, bundan da sadə vətəndaşlar əziyyət çəkir. Bu gün Ermənistan iqtisadiyyatı qarşısıalınmaz fəlakətlə üzləşib. Ölkə iqtisadiyyatı bütün sahələr üzrə tənəzzülə uğrayır. İstehsal sahələrinin böhranlı vəziyyəti daxili tələbatı ödəyəcək qədər məhsul istehsalına imkan vermir. Bu səbəbdən müxtəlif növ məhsullara tələbatın ödənilməsi idxal hesabına həyata keçirilir. Ermənistanın xarici borcunun dövlət büdcəsini üstələməsi isə onsuz da maliyyə durumu ağır vəziyyətdə olan bu ölkəni daha da çökdürür. Nəticədə, Ermənistan mövcudluğunu davam etdirə bilmək üçün xarici yardımlardan, ianələrdən tamamilə asılı vəziyyətə düşüb.

İqtisadi gerilik təbii olaraq, hər şeydən əvvəl əhalinin sosial-maddi rifahına mənfi təsir göstərir. Üstəlik, işğalçı ölkədə yeni müəssisələrin, sosial obyektlərin tikintisinin demək olar ki, yox səviyyədə olması yeni iş yerlərinin də yaranmasına əngəl törədir. Vəziyyətdən çıxış yolu kimi gənclər iş tapmaq məqsədilə xarici ölkələrə üz tuturlar. İndi Ermənistanda ailələrin böyük əksəriyyətinin əsas dolanışıq mənbəyi qohumlarının onlara xaricdən göndərdiyi maliyyə vəsaitləridir. Eyni zamanda regionda təklənən Ermənistana yardımçı olan cənub qonşumuz İran.

Qanlımızın yardımçısı İran

1992-ci ildə Ermənistan Azərbaycanla müharibə vəziyyətində və Türkiyə ilə münaqişəli münasibətlərdə idi, bunun da nəticəsində Türkiyə onun ərazisindən keçən bütün dəmir yollarını dörd bir tərəfdən Ermənistanın üzünə bağladı. Şimal qonşusu olan Gürcüstan öz daxili problemlərinin: vətəndaş müharibəsinin və Abxaziya və Cənubi Osetiyada gedən hərbi əməliyyatların məngənəsində çırpınmaqda idi. Nəticədə Ermənistanı Rusiya ilə birləşdirən Transqafqaz dəmir yolunun Abxaziya hissəsi tamamilə bağlandı. Məhz belə bir şəraitdə Ermənistanla İran arasında diplomatik münasibətlər geniş təşəkkül tapmağa başladı. Bu faktı da şübhə altına almaq olmaz ki, əgər Tehranın bölgədə "balanslaşdırılmış"siyasəti olmasaydı, Ermənistan müqayisəyəgəlməz çətinliklərin və problemlərin içində boğulacaqdı.

Məhz tarixin belə bir çətin dövründə İranla 42 kilometrlik müştərək sərhəd imkanı Ermənistanın xarici aləmə yeganə çıxış yolu və sabit əlaqə vasitəsi oldu. İrəvanı İran gömrüyü ilə birləşdirən 400 km-lik tras qeyri-rəsmi olaraq "Həyat yolu" adını aldı. Ermənistanın xarici aləmə sabit şəkildə çıxışında Araz çayının sərhədyanı hissəsində tikilən körpünün böyük əhəmiyyəti oldu. Tikinti işləri hələ 1994-cü ildən başlamışdı, həmin vaxt Azərbaycan əraziləri işğal edilmişdi, İran Ayətullahları və generalları isə ermənilər tərəfindən Azərbaycan şəhərlərinin və kəndlərinin darmadağın edilməsinə və doğma müsəlman qardaşlarının qətlə yetirilməsinə göz yumurdular. Bu mühüm kommunikasiya dəhlizinin 1996-cı ildə açılması həmin ölkələr arasında ilk böyük və müştərək halda həyata keçirilən layihə oldu. İndi də danılmaz faktdır ki, bu gün Ermənistan İranın çox mühüm iqtisadi və siyasi tərəfdaşıdır. Ermənistan İranın Cənubi Qafqazda yeganə strateji tərəfdaşı hesab olunur. İranla əlaqələrin əhəmiyyəti Ermənistana ilk növbədə Gürcüstan ərazisindən keçməklə Rusiyadan gələn enerji təchizatından asılılığa son qoymaq perspektivini diqtə edir. Hazırda bu məsələ rəsmi İrəvanın nəzərində ən prioritet məsələlərdən biridir. İran ərazisindən Ermənistanı xarici aləmlə birləşdirən nəqliyyat marşrutları keçir. Azərbaycan və Türkiyə tərəfindən iqtisadi və nəqliyyat təcridi şəraitində İranın Asiya və Yaxın Şərqə strateji cəhətdən mühüm çıxışı təmin edən ölkə kimi rolu böyükdür.

Döyülməkdən dəli olan 2500 erməni əsgəri

Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilmiş erməni hərbi birləşmələrində işgəncələr davam edir. Eməni mətbuatı xəbər verir ki, ötən il Dağlıq Qarabağdakı hərbi hissələrdən birində xidmət edərkən qəddar işgəncələrə məruz qalan, döyülməkdən ağlını itirən əsgər Ovanes Vardanyanın atası işin araşdırılmadığını deyir. Əsgər hazırda İrəvanda psixiatrik xəstəxanada müalicə alır. Onun atası deyir ki, iki gün əvvəl Qarabağdan gələn müstəntiqlər oğlu ilə xəstəxanada görüşüb. "Mən onlara sual verdim ki, necə ola bilər bu müddət ərzində oğlumu döyənlər tapılmır? Onlar dedilər ki, narahat olma, bizdə 2500 əsgər var, növbə ilə hamını dindirirlər. Mənim gəldiyim qənaət budur ki, günahkarları tapan olmayacaq" deyə, əsgərin atası Vardan Vardanyan bildirib.

Onun dediyinə görə, oğlunu meşəyə aparıb o qədər döyüblər ki, qorxusundan başına gələnlər haqda danışmır. Belə ki, əsgər yalnız hansısa UAZ-a mindirildiyini xatırladığını deyir: "Oğlum deyir ki, zabitlər onu öldürmək, zorlamaq istəyirdilər. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin təmsilçiləri də onun bədənindəki işgəncə izlərini qeydə alıblar".

Qarabağdakı erməni hərbi hissələrindən birinin Kirakosyan familiyalı 20 yaşlı əsgəri İrəvanda həbsxanada olan atası ilə telefonda danışarkən ona zabitlərin amansız işgəncələr verdiyini deyib. Bu barədə Ermənistanda ombudsmanın ofisi məlumatlandırılıb. Ofisdən məsələ ilə bağlı araşdırmaya başladıqlarını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə