“Düzd və qazi” kitabı nəşr olunub

“Düzd və qazi” kitabı nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən "Düzd və qazi" kitabı nəşr olunub. SİA-nın xəbərinə görə, "Nurlan" nəşriyyatında çapdan çıxmış kitaba XVIII əsr bədii nəsr nümunəsi "Düzd və qazi" ("Oğru və qazı") hekayəsinin fars dilindəki iki variantının tərcüməsi və azərbaycanca iki variantının müasir əlifbaya transfoneliterasiyası daxil edilib.

Hekayəni fars dilindən Azərbaycan dilinə Aynurə Həsənova çevirib və azərbaycanca mətni çapa hazırlayıb. Yeni nəşrin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Möhsün Nağısoyludur.

Bütün xəbərlər Facebook səhifəmizdə