Ukraynada  “Xocalı Ayı”  çərçivəsində növbəti tədbir Luqansk şəhərində keçirilib - FOTOSESSİYA

Ukraynada “Xocalı Ayı” çərçivəsində növbəti tədbir Luqansk şəhərində keçirilib - FOTOSESSİYA

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və İslam Konfransı Gənclər Forumunun Xocalı ayı çərçivəsində Luqansk şəhərində keçirdiyi tədbirdə şəhər rəsmiləri, bir sıra xalqların diaspora nümayəndələri, yerli və xaricı tələbələr qatılıb.

SİA-nın Ukrayna bürosusnun verdiyi məlumata görə, anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayət təşkilatının sədr müavinləri Telman Cəfərov, Akif Hümbətov və digər diaspora fəalları çıxış edərək 20 il bundan öncə erməni daşnaklarının Xocalı şəhərində Azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri son 2 əsrdə xalqımıza qarşı həyata keçirilmiş mərhələli soyqrım siyasətinin tərkib hissəsi kimi səciyyələndiriblər. Sonra tədbir iştirakçıları Azərbaycan və Ukrayna televiziyalarının birgə istehsalı olan Qarabağ tarixin burulğanında sənədli filminə baxmaqla özlərini beynəlxalq arenaya yazıq və məzlum xalq kimi təqdim edən erməni hiyləgərliyinin qanlı əməlləri ilə tanış olublar. Filmə baxdıqdan sonra çıxış edən Hindistan cəmiyyətinin gənclər təşkilatının sədri, Mayna Jabasta,Ukrayna azərbaycanlı gənclər birliyinin baş katibi Ayaz Salmanov birliyin Luqansk vilayət təşkilatının sədri Nahid Uğurluyev gənc fəallardan Kərim Kərimzadə, Elçin Mehdiyev Anna Semikos, İrina Xorşkovskaya və digər çıxış edənlər ermənilərin Xocalı şəhərində törətdiyi qəddarlıq aktını Azərbaycan xalqına qarşı əsl soyqrım siyasəti kimi qiymətləndiriblər. Beynəlxalq təşkilatların insanlığa yönəlik belə bir bəşəri cinayətə indiyədək hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Mərasimdə çıxış edən digər gənclərdə aradan 20 il keçməsinə baxmayaraq Xocalı soyqrımına ikili standart prizmasından yanaşan beynəlxalq təşkilatları tarixi ədalətə səsləyiblər.


Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə