Azadlıq Hərəkatçılar Birliyi: “Fransanın borcudur ki, bitərəfliyini qorumaqla Xocalı soyqırımına öz siyasi qiymətini versin”
Biz hər il olduğu kimi, bu il də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirməyi planlaşdırmışıq. Bunlardan ən başlıcası Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Xocalı soyqırımın beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində müraciət formasında müzakirələrin keçirilməsi olacaq. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov deyib.
Birliyin sədri qeyd edib ki, biz bura Qeyri-Hökumət Təşkilatlarının (QHT), Dövlət strukturları nümayəndələrinin, Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin üzvlərini dəvət edəcəyik: \"Nəzərdə tutulub ki, tarixdə olmayan saxta, qondarma erməni soyqırımını gündəmə gətirərək, müzakirə edən və onu parlamentlər səviyyəsində qəbul edən ölkələr, onların gözləri qarşısında bugün baş verən bu qanlı faciəni tanımalıdırlar".
T.Novruzov bildirib: "Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə də QHT olaraq öz mövqeyimizi bildirmişik. İlk növbədə, Fransa dövlətinin borcudur ki, öz bitərəfliyini, neytrallığını qoruyub-saxlamaq üçün Xocalı soyqırımını parlament səviyyəsində müzakirə etsin və soyqırıma öz siyasi qiymətini versin. Bu daha geniş şəkildə müzakirə olunmalıdır ona görə ki, BMT yarandıqdan sonra beynəlxalq qurumların qəbul etdiyi müxtəlif çoxsaylı konvensiyaların olduğu müddətdə dünya xalqlarının, ayrı-ayrı millətlərin, xalqların, fərdin hüquqların qorunması üçün müxtəlif beynəlxalq qurumların yarandığı, inkişaf etdiyi bir zamanda bu baş vermiş bir soyqırımdır. Məhz buna görə də Xocalı soyqırımı digər bütün qanlı hadisələrdən daha ciddi şəkildə gündəmə gətirilməli və beynəlxalq aləm bunu müzakirə edərək öz reaksiyasını verməlidir".
Azadlıq Hərəkatçılar Birliyinin sədri, bununla belə elektron formada hazırlanaraq, müxtəlif ölkələrdə olan həm Azərbaycan həm türk icmasına, ayrı-ayrı qurumlara həmin müraciətin sürətinin göndəriləcəyini sözlərinə əlavə edib: "Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi üçün ilk növbədə Azərbaycan dost olan ölkələr öz parlamentləri səviyyəsində bu məsələni gündəmə gətirməlidirlər. Hesab edirəm ki, dost ölkələr olan Türkiyə, Pakistan və s. ilə danışıqlar aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB