FHN Şimal bölgəsində təlim keçirib

FHN  Şimal bölgəsində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi bölgənin istirahət mərkəzlərində baş verə biləcək yanğının və digər fövqəladə halların qarşısını almaq üçün təlim keçirib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, təlim Qubanın istirahət mərkəzlərinin birində baş tutub.


Qeyd edək ki, Bakıda may ayında keçiriləcək "Avroviziya" müsabiqəsi öncəsi (FHN) nin Şimal Yanğın Nəzarəti İdarəsi istirahət mərkəzinin işçilərini və burada dincələn turistləri baş verə biləcək yanğın və digər hallara qarşı hazırlamaqdır.


Məlumat üçün bildirək ki, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsidən aldığımız məlumata görə, bu qəbilli təlimlər bölgənin digər istirahət mərkəzlərin də də keçiriləcək.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə