Gəncədə diabet xəstələrinə dərmanların verilməsində problemlər var - FOTO
Bir müddətdir ki, Gəncə şəhərində şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərman preparatlarının verilməsində müəyyən problemlər yaranıb. SİA-nın bölgə müxbirinin sakinlərə istinadən verdiyi məlumata görə, son bir ayda vəziyyət daha da çətinləşib. Hazırda şəhərin təxminən 5 ərazi poliklinikasında növbələr yaranıb. Şəkərli xəstələr dərman almaq üçün saatlarla növbə gözləmək məcburiyyətində qalıb. Əhali deyir ki, dərmanların gecikməsinin səbəbləri onlara bəlli deyil. Mövcud vəziyyət nəticəsində isə xəstələr öz vəsaitləri hesabına dərman almaq məcburiyyətində qalıb. Bu vəziyyət isə sakinləri ciddi narahat etməyə başlayıb.
Gəncə şəhər Səhiyyə İdarəsindən isə bildirilib ki, problem barədə onlarda məlumat var. Üstəlik yaranan vəziyyəti aradan qaldırmaq üçün Maliyyə Nazirliyinə müraciət olunub. Hazırda Gəncə şəhərində 8 min 716 şəkər xəstəsi var.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB