TRT-nin Bakı Təmsilçiliyi "Hepimiz Hocalılıyız" ("Hamımız Xocalılıyıq") adlı sənədli film çəkib.
Təmsilçilikdən SİA-ya verilən məlumata görə, son yüz ilin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu sənədli filmdə Xocalı əhalisinin həyat mücadiləsi, ümidləri və arzularından bəhs edilir.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan sənədli filmin Xocalı faciəsinin 20-ci ildönümünə həsr edildiyini, dünyaya demokratiya dərsi verən ölkələrin Xocalı olayına səssiz qaldığını, ancaq bir gün bu yanlışlardan dönəcəklərini söyləyib.
"Hepimiz Hocalılıyız" sənədli filmi fevralın 21-də saat 13.05-də "TRT Avaz" telekanalında ekrana gələcək. Proqramın təkrarı fevralın 26-da saat 08.40-da yayımlanacaq.
TRT 1, "TRT Haber", "TRT Türk" və "TRT Avaz"da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı silsilə proqramlar efirə veriləcək. Bu televiziya kanallarında erməni vəhşiliyi bir daha gündəmə gətirilərək Türkiyə və dünyaya çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB