“Azərbaycan Xalqının Soyqırım Qurbanları” mövzusunda səyar sərgi baş tutub - FOTOSESSİYA
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi "Azərbaycan Xalqının Soyqırım Qurbanları" mövzusunda fotolardan və rəsm işlərindən ibarət növbəti səyar sərgi tədbirini Binəqədi rayonunda "Azadlıq" metrostansiyasının qarşısında keçirib.
SİA-nın Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayon təhsil ocaqlarının 6-11-ci sinif şagirdləri iştirak ediblər.
Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verərək "Azərbaycan Xalqının Soyqırım Qurbanları" mövzusunda fotolardan və rəsm işlərindən ibarət keçirilən səyar sərgi haqqında məlumat verərək qeyd edib ki, 2010-cu ilin iyun ayında rəhbərlik etdiyi İctimai Birlik növbəti böyük layihəsi olaraq Azərbaycanda ilk dəfə "Azərbaycan Xalqının Soyqırım Qurbanları" muzeyini yaradıb.
Elşən Uluxanlı qeyd edib ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda soyqırımı cinayətləri törədiblər. Belə vəhşiliklər sırasında XIX əsrin 70-90-cı illərində, XX əsrin 1905-1907, 1918-1920, 1930-1940, 1948-1953, 1960-1970, 1988-1993-cü illərində erməni terror təşkilatlarının azərbaycanlılara qarşı keçirdiyi qanlı aksiyaları göstərmək olar. Bunun nəticəsində iki əsr ərzində 4 milyondan artıq azərbaycanlı xəsarət alıb, yurd-yuvasından didərgin düşüb, həlak olublar. Lakin beynəlxalq aləmdə bu cinayətlər haqqında kifayət qədər məlumatların olmamasından, bunların beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməməsi, həmçinin tarixi ədalətin bərpası istiqamətində göstərilən səylərin əksəriyyətinin heç bir nəticə verməməsi göz qabağındadır.
Əksinə, erməni diasporunun beynəlxalq aləmdə apardığı yalan və iftiralarla dolu təbliğat bir sıra dövlətlərin qondarma erməni soyqırımını tanıması, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökümət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardım və dəstək göstərmələri ilə nəticələnir. Belə bir vəziyyətdə erməni şovinistlərinin və onların havadarlarının keçirdiyi siyasətdən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların haqq səsləri eşidilmir. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqırımların qurbanlarına həsr olunmuş muzeyin yaradılması bu problemin aradan qaldırılmasına, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacaq.
"Azərbaycan Xalqının Soyqırım Qurbanları" muzeyinin fəaliyyətini genişləndirməsi məqsədi ilə Respublikamızın əksər rayonlarında "Azərbaycan Xalqının Soyqırım Qurbanları" mövzusunda fotolardan və rəsm işlərindən ibarət sərgi təşkil etmək nəzərdə tutulub.
Artıq belə bir tədbir 10-11 noyabr 2011-ci il tarixdə Nizami rayonunda keçirilib. Həmin sərgidə rayonun tanınmış ziyalıları, millət vəkilləri və Nizami rayonunun icra hakimiyyətinin başçısı T.Budaqov iştirak edib.
"Azərbaycan Xalqının Soyqırım Qurbanları" mövzusunda fotolardan və rəsm işlərindən ibarət növbəti səyar sərgi tədbirini 17-18 fevral 2012-ci il tarixdə Binəqədi rayonunda "Azadlıq" metrostansiyasının qarşısında keçirilib.
"Azərbaycan Xalqının Soyqırım Qurbanları" mövzusunda novbəti tədbirimiz 24-25 fevral 2012-ci il tarixində saat 11-00 da Nərmanov rayonunda Nərmanov adına parkda keçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB