BQXK nümayəndələri Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər

BQXK nümayəndələri Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 14-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bunu SİA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə